Suriyalı keçmiş hərbçilər ölkənin cənubunda özlərini buraxdıqlarını və silahlarını iqtidara təhvil verdiklərini elan ediblər

Suriyalı keçmiş hərbçilər ölkənin cənubunda özlərini buraxdıqlarını və silahlarını iqtidara təhvil verdiklərini elan ediblər Keçmiş Suriya ordusunun 8-ci briqadasına daxil olan könüllü birləşmələr özlərini buraxdıqlarını və Dəməşqdəki keçid hökumətinin təhlükəsizlik qüvvələrinə tabe olduqlarını elan ediblər.
Digər ölkələr
14 aprel 2025 03:45
Suriyalı keçmiş hərbçilər ölkənin cənubunda özlərini buraxdıqlarını və silahlarını iqtidara təhvil verdiklərini elan ediblər

Keçmiş Suriya ordusunun 8-ci briqadasına daxil olan könüllü birləşmələr özlərini buraxdıqlarını və Dəməşqdəki keçid hökumətinin təhlükəsizlik qüvvələrinə tabe olduqlarını elan ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Asharq al-Awsat” qəzeti məlumat yayıb.

“8-ci briqadanın zabit və əsgərləri bütün silahlarını, qərargahlarını və kazarmalarını Suriya iqtidarının sərəncamına verirlər, onlar respublikanın Müdafiə Nazirliyinə tabe olacaqlar”, – nəşr hərbi nümayəndə kapitan Məhəmməd əl-Qaderinin bəyanatından sitat gətirib.

Xatırladaq ki, daha əvvəl təhlükəsizlik qüvvələri Suriyanın cənubunda yerləşən Bosra-əş-Şam şəhərində (Dəməşqdən 110 km məsafədə) nəzarəti ələ keçiriblər, burada bir sıra məhəllələrdə atışmalar baş verib və komendant saatı tətbiq edilib. Yerli aşirətlərin şeyxləri Dəməşqdən kömək istəyib və 2018-ci ildən bəri cənub əyaləti Deraanı əlində saxlayan könüllülərin çıxarılmasını tələb ediblər.

Keçmiş Suriya ordusunun 8-ci briqadası vaxtilə iqtidarla lokal atəşkəs imzalayan müxalif dəstələrin döyüşçülərindən formalaşdırılmışdı. Onların nəzarətində olan rayonlar tamamilə muxtar idi.

Son xəbərlər

Orphus sistemi