Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb - YENİLƏNİB

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb - YENİLƏNİB Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 3042-ə çatıb.
Digər ölkələr
9 Fevral , 2023 10:47
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb - YENİLƏNİB

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, azı 3 min nəfər isə yaralanıb. 

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

10:03

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3042-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Müxalifətin nəzarətində olan ərazilərdə ölənlərin sayı daha çoxdur. Bəşər Əsədə sadiq qüvvələrin nəzarətində olan ərazilərdə 1 200-dən çox insanın həlak olduğu bildirilib.

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

Son xəbərlər

Orphus sistemi