Suriyada yaraqlıların hücumu nəticəsində 3 hərbçi ölüb

Suriyada yaraqlıların hücumu nəticəsində 3 hərbçi ölüb Bakı. 4 sentyabr. REPORT.AZ/ Suriyanın Latakiya əyalətində yaraqlıların hücumu nəticəsində 3 hərbçi ölüb, daha 9-u yaralanıb.
Digər ölkələr
4 Sentyabr , 2018 03:04
Suriyada yaraqlıların hücumu nəticəsində 3 hərbçi ölüb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Suriyanın Latakiya əyalətində yaraqlıların hücumu nəticəsində 3 hərbçi ölüb, daha 9-u yaralanıb.

“Report” xəbər verir ki, bunu Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri Vladimir Savçenko bildirib.

Onun sözlərinə görə, İdlib əyalətinin Cisr-əş-Şuqur şəhəri ərazisindən olan qanunsuz silahlı qruplaşmaların üzvləri hücum zamanı 5 pilotsuz aparatdan istifadə ediblər. General leytenant onların hamısının kustar üsulla hazırlandığını bildirib.

Son xəbərlər

Orphus sistemi