Suriyada terrorçular 16 hərbçini öldürüb

Suriyada terrorçular 16 hərbçini öldürüb Suriya ordusunun və “Milli Müdafiə Qüvvələri”nin azı 16 hərbçisi Homs əyalətində terrorçular tərəfindən öldürülüb.
Digər ölkələr
19 Aprel , 2024 03:47
Suriyada terrorçular 16 hərbçini öldürüb

Suriya ordusunun və “Milli Müdafiə Qüvvələri”nin azı 16 hərbçisi Homs əyalətində terrorçular tərəfindən öldürülüb.

Bu barədə "Report" "Al Hadath" telekanalına istinadən xəbər verir.

Məlumata görə, hərbi avtobusda olan əsgərlər və könüllülər gecə saatlarında Əl-Teybe bölgəsində magistral yolda İŞİD ekstremist qruplaşmasının dəstəsi tərəfindən pusquya salınıb.

Hadisə yerinə gələn hökumətin xüsusi təyinatlı dəstəsi Suriya səhrasının dərinliklərinə çəkilən terrorçuları geri oturdub. Yaralı hərbçilər xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi