Suriyada hərbi təyyarə qəzaya uğrayıb

Digər ölkələr
  • 18 iyul, 2018
  • 05:36
Suriyada hərbi təyyarə qəzaya uğrayıb

Bakı. 18 iyul. REPORT.AZ/ Suriyanın Haseke bölgəsinin cənubunda hərbi təyyarə qəzaya uğrayıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, təyyarənin hansı dövlətə məxsus olduğu məlum deyil.

Bildirilib ki, hadisə ilə bağlı detallar məlum olmasa da, təyyarənin görüntüləri yayılıb.