Bakı. 20 yanvar. REPORT.AZ/ Suriyanın Menbic bölgəsində terrorçu PKK qruplaşmasının YPG adlı qolunun 3 başçısı avtomobildə baş verən partlayış nəticəsində ölüb.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, onlar Afrindəki terrorçulara əlavə qüvvə toplayırmış.
Qeyd edək ki, Menbic PKK-nın Suriyadakı qollarının və ABŞ təlimçilərinin nəzarəti altındadır.