Suriyada atəşkəs haqqında razılıq qüvvəyə minib

Suriyada atəşkəs haqqında razılıq qüvvəyə minib Atəşin dayandırılması barədə razılaşma İŞİD-ə qarşı əməliyyatlara şamil edilmir
Digər ölkələr
30 Dekabr , 2016 02:32
Suriyada atəşkəs haqqında razılıq qüvvəyə minib

Bakı. 30 dekabr. REPORT.AZ/ Suriyada prezident Bəşər Əsəd tərəfdarları ilə müxalif qruplaşmalar arasında əldə edilmiş atəşkəs razılığı qüvvəyə minib.

"Report" xəbər verir ki, tərəfər ümumi razılıq çərçivəsində bir-bilərinə qarşı hücumların edilməyəcəyi, nəzarət altında olan bölgələri bir-birlərinin əleyhinə genişləndirməyəcəkləri barədə qarşılıqlı öhdəlik götürüblər.

Suriyanın hökumət qüvvələri ilə müxalifləri arasında danışıqlarda vasitəçi kimi iştirak edən Türkiyə və Rusiya rəsmiləri atəşkəsin əldə edilməsini alqışlayıblar. Rusiya prezidenti Vladimir Putin də ötən gün ölkəsinin və Türkiyənin təminatçılığı ilə atəşin dayandırılması barədə razılığın əldə edildiyini bildirib.

Qeyd edək ki, atəşin dayandırılması barədə razılaşma İŞİD və digər terror qruplaşmalara qarşı hərbi əməliyyatlara şamil edilmir. Ötən gün Hələbin bir sıra yaşayış məntəqələri terrorçu qruplaşmalar tərəfindən atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi