Bakı. 11 mart. REPORT.AZ/ Suriya ordusu İdlib əyalətində "Cəbhət-ən-Nüsrə" terrorçularının mövqelərinə raket və artilleriya zərbələri endirib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası
Bildirilir ki, atəş nəticəsində bir neçə silahlı zərərsizləşdirilib.
"Ordu İdlib əyalətinin Hubayt kəndi ərazisində "Cəbhət-ən-Nüsrə" döyüşçüləri qrupuna hücüm etdi, döyüşçülər arasında ölənlər və yaralananlar var", - deyə telekanal xəbər verib.
"Cəbhət-ən-Nüsrə"nin mövqelərinə artilleriya və raket zərbələri Xan-Şeyxunedə də endirilib. Bu hücum nəticəsində də silahlılar arasında ölənlər və yaralılar var.
Ordu həmçinin ət-Teh, Kafr-Nabal kəndlərində də terrorçuların mövqelərinə zərbələr endirib. Nəticədə bir neçə terrorçu yaralanıb.
Suriya ordusu martın 9-da da "Cəbhət ən-Nüsrə" terror qruplaşmasının İdlib əyalətinin cənubuna hücumundan sonra silahlıların mövqelərinə zərbələr endirib.