Suriya ordusu Dəməşq ətrafında terrorçuların mövqelərinə raket zərbəsi endirib

Digər ölkələr
  • 06 yanvar, 2017
  • 02:00
Suriya ordusu Dəməşq ətrafında terrorçuların mövqelərinə raket zərbəsi endirib

Bakı. 6 yanvar. REPORT.AZ/ Suriya ordusu su mənbələrinin nəzarət altına qaytarılması məqsədi ilə ölkə paytaxtı Dəməşqin qərbində yerləşən Vadi Bəradə vadisində irimiqyaslı anti-terror əməliyyatlarını genişləndirir.

"Report" xəbər verir ki, bu barədə "Əl-Məyadin" telekanalının məlumatında bildirilir.

Hökumət qüvvələri cümə axşamı Deyr-Məkrin yaşayış məntəqəsi ərazisində "Nüsra cəbhəsi" terror qruplaşmasının mövqelərinə raket zərbələri endirib.

Teerrorçular hazırda əvvəlki kimi Dəməşq ətrafındakı ən böyük su anbarı olan Ayn-əl-Ficini öz nəzarətləri altında saxlamaqdadırlar. Onlar paytaxta içməli suyun daxil olduğu boru kəmərini sıradan çıxardıblar.