Sudanın Omdurman şəhərində bazarın atəşə tutulması nəticəsində azı 34 nəfər ölüb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xartum əyalətinin Səhiyyə Departamenti məlumat yayıb.
“Omdurman xalq bazarının tacirləri arasında fərq qoyulmadan atəşə tutulması nəticəsində 34 nəfər həlak olub”, - məlumatda vurğulanır.
Qeyd edilir ki, ölənlər arasında uşaqlar da var.