Şri-Lankada nazirlər maaş almaqdan məhrum edilib

Şri-Lankada nazirlər maaş almaqdan məhrum edilib Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün Şri-Lanka parlamenti yekdilliklə büdcədən hazırkı hökumətinin nazirlərinə və Baş nazirin aparatına əmək haqqı və digər kompensasiya növləri formasında vəsaitlərin ayrılmasının dayandırılmasına səs verib.
Digər ölkələr
30 Noyabr , 2018 17:08
Şri-Lankada nazirlər maaş almaqdan məhrum edilib

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün Şri-Lanka parlamenti yekdilliklə büdcədən hazırkı hökumətinin nazirlərinə və Baş nazirin aparatına əmək haqqı və digər kompensasiya növləri formasında vəsaitlərin ayrılmasının dayandırılmasına səs verib.

"Report "Kommersant"a istinadən xəbər verir ki, səsvermədə iştirak edən 122 deputatın hamısı müzakirəyə çıxarılan məsələnin lehinə səs verib.

Parlament həmçinin büdcədən nazirlərin səfər, ezamiyyət və digər əməliyyat xərclərinə vəsait ayrılmasını qadağan edib. Səsvermədə hakim partiyadan olan deputatlar iştirak etməyiblər. Parlamentdə, ümumilikdə, 225 yer var.

Qeyd edək ki, səsvermə parlamentlə Mahinda Racapaksa hökuməti arasında yaşanan qarşıdurma fonunda keçirilib.

Ölkədə siyasi böhran, təxminən, bir ay əvvəl, 2015-ci ildə prezident seçilən M.Racapaksanın Baş nazir postuna 2005-2015-ci illərdə dövlət başçısı olmuş Maytripala Sirisenanı təyin etməsi ilə başlayıb.

Xatırladaq ki, daha əvvəl Şri-Lanka parlamentində Baş nazirin çıxışından sonra dava düşüb.

Son xəbərlər

Orphus sistemi