Şri-Lanka parlamentində dava düşüb, xəsarət alanlar var - VİDEO

Şri-Lanka parlamentində dava düşüb, xəsarət alanlar var - VİDEO Bakı. 16 noyabr. REPORT.AZ/ Şri-Lanka parlamentində etimadsızlıq göstərilən Baş nazir Mahindrə Racapaksa çıxış etdikdən sonra dava düşüb, millət vəkilləri əlbəyaxa olublar.
Digər ölkələr
16 Noyabr , 2018 12:36
Şri-Lanka parlamentində dava düşüb, xəsarət alanlar var - VİDEO

Bakı. 16 noyabr. REPORT.AZ/ Şri-Lanka parlamentində etimadsızlıq göstərilən Baş nazir Mahindrə Racapaksa çıxış etdikdən sonra dava düşüb, millət vəkilləri əlbəyaxa olublar.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, qarşıdurmaya baş nazirin parlament sədrini qərəzli davranışda və sui-istifadələrdə ittiham edərək seçkilər keçirilməsinə çağırması təkan verib. Dava nəticəsində bəzi millət vəkilləri xəsarət alıb, spiker salonu tərk edib, parlamentin iclası isə dayandırılıb.

Qeyd edək ki, oktyabr ayında Baş nazir M.Racapaksa and içəndən etibarən respublikada siyasi böhran yaşanır.

Son xəbərlər

Orphus sistemi