Şri-Lankada daşqınlar 118 mindən çox insana təsir edib

Şri-Lankada daşqınlar 118 mindən çox insana təsir edib Son həftə Şri-Lankada davam edən leysan yağışları nəticəsində 118 mindən çox insan daşqınlardan zərər çəkib.
Digər ölkələr
13 Oktyabr , 2024 18:08
Şri-Lankada daşqınlar 118 mindən çox insana təsir edib

Son həftə Şri-Lankada davam edən leysan yağışları nəticəsində 118 mindən çox insan daşqınlardan zərər çəkib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətdən ən çox Şri-Lankanın qərb, şimal-qərb və şimal əyalətlərinin sakinləri zərər çəkib, 76 mindən çox insan evlərini tərk etməyə məcbur olub.

Qeyd olunub ki, daşqının nəticələri səbəbindən iki nəfər həlak olub, daha iki nəfər yaralanıb, 230-dan çox yaşayış binası tamamilə və ya qismən dağılıb, bir neçə məktəb bağlanıb.

Çaylarda su səviyyəsi yüksək olaraq qalır, meteoroloqlar növbəti sutka ərzində əlverişsiz hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq ediblər.

Xatırladaq ki, 2017-ci ilin may ayında Şri-Lankada güclü yağışlar nəticəsində baş vermiş daşqınlar və torpaq sürüşmələri ölkənin qərb və cənub rayonlarının bir çoxuna təsir göstərmiş, sonucda 164 nəfər həlak olmuş, yüz minlərlə insan evsiz qalmışdı.

Son xəbərlər

Orphus sistemi