Son həftə ərzində Türkiyədə terrorçu təşkilatlara işləməkdə şübhəli bilinən 999 nəfər saxlanılıb

Son həftə ərzində Türkiyədə terrorçu təşkilatlara işləməkdə şübhəli bilinən 999 nəfər saxlanılıb Saxlanılanların 70-i İŞİD terrorçuları ilə əlaqədə şübhəli bilinir
Digər ölkələr
21 Mart , 2017 09:20
Son həftə ərzində Türkiyədə terrorçu təşkilatlara işləməkdə şübhəli bilinən 999 nəfər saxlanılıb
Foto: "Anadolu"

Bakı. 21 mart. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri son həftə ərzində 13 terrorçunun məhv edilməsi, daha 11 nəfərin silahı yerə qoyaraq təslim olması ilə nəticələnmiş 230 anti-terror əməliyyatı keçirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, martın 13-dən 20-ə kimi ölkədə terrorçu təşkilatlara işləməkdə şübhəli bilinən 999 nəfər saxlanılıb.

Saxlanılanların 70-i İŞİD terrorçuları ilə əlaqədə şübhəli bilinir. İyirmi səkkiz nəfər Fətullah Gülənin terrorçu təşkilatı ilə əlaqələrə görə saxlanılıb. Saxlanılanlardan daha 28-i sol terror təşkilatları ilə əlaqədə, digərləri isə PKK terrorçularına kömək etməkdə şübhəli bilinir.

Eyni zamanda Batman, Bingöl, Ağrı, Diyarbəkir, Şirnak, Tunceli vilayətlərində terrorçuların gizləndiyi 20-dən artıq sığınacaq və mağara məhv edilib.

Son xəbərlər

Orphus sistemi