Son 5 gündə Mosulu 13 min insan tərk edib

Son 5 gündə Mosulu 13 min insan tərk edib Stefan Düjarrik: "Qaçqın axını dekabrın 29-dan sonra daha da artıb"
Digər ölkələr
5 Yanvar , 2017 04:29
Son 5 gündə Mosulu 13 min insan tərk edib

Bakı. 5 yanvar. REPORT.AZ/ İraq ordusunun İŞİD-dən azad etmək üçün hərbi əməliyyatlar keçirdiyi Mosul şəhərini son 5 gündə 13 min insan tərk edib.

"Report" xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi Stefan Düjarrik məlumat verib.

"İnsan axını hər gün şəhəri tərk edir. Onların sayı 50 faiz artaraq gün ərzində 1600-dən 2300 nəfər qədər çoxalıb. Döyüşlərlə əlaqədar Mosulu və onun ətrafındakı əraziləri 13 min insan tərk edib" – deyə o jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qaçqın axını dekabrın 29-dan sonra, antiterror əməliyyatının ikinci mərhələsinin fəallaşması nəticəsində daha da artıb.

Düjarrik qeyd edib ki, Mosulun İŞİD-dən azad edilmiş ərazisinin sakinləri BMT-dən humanitar yardım alırlar. Hər gün onlara milyon litrə yaxın içməli su, həmçinin ərzaq və ən zəruri ləvazimatlar verilir.

Son xəbərlər

Orphus sistemi