Bakı. 11 dekabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqodişo şəhərinin limanı yaxınlığında terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində ölənlərin sayı 29 nəfər çatıb.
"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Reuters" məlumat yayıb.
***11:05
Bazar günü Somalinin paytaxtı Moqodişo şəhərinin limanı yaxınlığında terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində ölənlərin sayı 16 nəfər çatıb.
"Report" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, terror aktı nəticəsində 48 nəfər yaralanıb.
***10:05
Somalinin paytaxtı Moqodişo şəhərinin limanı yaxınlığında terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində ən azı 3 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Reuters" məlumat yayıb.
"İndiyədək üç dinc sakin ölüb, daha 7 nəfər yaralanıb", — deyə agentlik insidenti araşdıran mayor Abdikadi Əhmədin sözlərini sitat gətirib.
O əlavə edib ki, ölənlərin sayı arta bilər, çünki partlayış yeri yaxınlığında ictimai nəqliyyat olub.