Solomon adaları sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 6,1 min insanın yaşadığı Gizo şəhərindən 49 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.