Slovakiyanın seçilmiş Prezidenti: Baş nazir danışa bilir, lakin çox yorulur - YENİLƏNİB-2

Slovakiyanın seçilmiş Prezidenti: Baş nazir danışa bilir, lakin çox yorulur - YENİLƏNİB-2 Əməliyyatdan sonra da Slovakiyanın baş naziri Robert Fitsoonun həyatı üçün təhlükə hələ də qalır.
Digər ölkələr
16 May , 2024 18:17
Slovakiyanın seçilmiş Prezidenti: Baş nazir danışa bilir, lakin çox yorulur - YENİLƏNİB-2

Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti çox ağır olaraq qalır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu respublikanın seçilmiş Prezidenti Piter Pelleqrini jurnalistlərə bildirib.

"Baş nazirin vəziyyəti çox ağır qiymətləndirilir. Onunla yalnız bir neçə dəqiqə danışmağa icazə verildi. R.Fitso bir neçə cümlə qurduqdan sonra özünü çox yorğun hiss etdi", - P.Pelleqrini vurğulayıb.

11:35

Slovakiyanın Baş naziri Robert Fitso çoxsaylı yaralar alıb və beş saat ərzində əməliyyat olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə xəstəxananın direktoru Miriam Lapunikova bildirib.

Onun sözlərinə görə, Baş nazir hələ də reanimasiya şöbəsindədir.

Xatırladaq ki, ötən gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş R.Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş açanın motivi siyasi olub. Slovakiya KİV-i qeyd edib ki, Baş nazirinin həyatına sui-qəsd 71 yaşlı yazıçı Yuray Tsintula tərəfindən edilib. Həmin şəxs polis tərəfindən tutulub.

09:44

Əməliyyatdan sonra Slovakiyanın baş naziri Robert Fitsonun həyatı üçün təhlükə hələ də qalır.

“Report” xəbər verir ki, bu barədə “Markiza” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Xatırladaq ki, ötən gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.

Son xəbərlər

Orphus sistemi