Şimali Koreyanın XİN başçısı Moskvada səfərdədir

Şimali Koreyanın XİN başçısı Moskvada səfərdədir Bakı. 9 aprel. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Li Yon Ho Rusiyada rəsmi səfərdədir.
Digər ölkələr
9 Aprel , 2018 12:11
Şimali Koreyanın XİN başçısı Moskvada səfərdədir

Bakı. 9 aprel. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Li Yon Ho Rusiyada rəsmi səfərdədir.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, nazir Moskvanın Domodedovo hava limanına Türkmənistanın paytaxtı Aşqabaddan uçub. Zalın çıxışında Li Yon Honu jurnalistlər gözləsələr də, o, sualları cavablandırmamağa qərar verib.

Xatırladaq ki, daha öncə Şimali Koreya xarici işlər naziri aprelin 5-6-da Bakıda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər toplantısında iştirak edib.

Son xəbərlər

Orphus sistemi