Şimali Koreya liderindən 24 gündür xəbər yoxdur

Şimali Koreya liderindən 24 gündür xəbər yoxdur Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen In 24 gündür ictimaiyyət arasında görünmür
Digər ölkələr
31 May , 2021 10:03
Şimali Koreya liderindən 24 gündür xəbər yoxdur
Kim Çen In

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen In 24 gündür ictimaiyyət arasında görünmür.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın Birləşmə üzrə Nazirliyinin (Şimali Koreya ilə birləşmə məsələlərini kurasiya edir) sözçüsü mayın 31-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, dövlət başçısı sonuncu dəfə mayın 7-də ölkə paytaxtı Pxenyanda keçirilən konsertdə iştirak edib. Həmin gündən sonra o, xalq arasına çıxmayıb: “Kim Çen Inın ictimaiyyət arasında görünməməsi bu il ən uzun dövr sayılır”.

Cənubi Koreya rəsmisi Şimali Koreya liderinin ictimaiyyət arasında görünməməsinin səbəbini açıqlamayıb. O deyib ki, indiki şəraitdə bu barədə dəyərləndirmə aparmaq yersiz hərəkət olar.

Qeyd edək ki, 2020-ci ilin mayında Kim Çen Inın ciddi xəstəliyi və ya ölümü barədə xəbərlər yayılmışdı. O, yalnız 20 gün sonra ictimaiyyət arasında görünmüşdü.

Şimali Koreya lideri 2011-ci ildə atası Kim Çen İr öldükdən sonra hakimiyyətə gəlib.

Son xəbərlər

Orphus sistemi