ŞƏT Avrasiyada bərabər əsaslı təhlükəsizlik sistemi formalaşdırmağa çalışır

ŞƏT Avrasiyada bərabər əsaslı təhlükəsizlik sistemi formalaşdırmağa çalışır Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Avrasiya məkanında bərabərlik prinsiplərinə əsaslanan vahid təhlükəsizlik sistemi formalaşdırmağa çalışır.
Digər ölkələr
14 Sentyabr , 2024 09:35
ŞƏT Avrasiyada bərabər əsaslı təhlükəsizlik sistemi formalaşdırmağa çalışır

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Avrasiya məkanında bərabərlik prinsiplərinə əsaslanan vahid təhlükəsizlik sistemi formalaşdırmağa çalışır.

"Report" xəbər verir ki, bunu təşkilatın baş katibinin müavini Nurlan Yermekbayev Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumu zamanı deyib.

“Təşkilat Avrasiyada bərabər və bölünməz təhlükəsizlik sistemi formalaşdırmağa çalışır. ŞƏT bərabərlik, məsləhətləşmə, hörmət və mədəni müxtəlifliyi özündə ehtiva edən “Şanxay ruhu” prinsiplərinə ciddi şəkildə əməl edir”, - o vurğulayıb.

N.Yermekbayevin sözlərinə görə, təşkilat BMT-nin mərkəzi və əlaqələndirici rolu ilə “daha demokratik və çoxqütblü dünya”nın formalaşmasına daim sadiqdir. O qeyd edib ki, ŞƏT-in fəaliyyətində prioritet istiqamətlərdən biri təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı fəaliyyət, o cümlədən “üç şər qüvvə” - terrorizm, ekstremizm və separatizmlə mübarizədir.

“Praktika göstərir ki, sosial-iqtisadi problemlər həll olunmadan təhdid və çağırışlara qarşı effektiv mübarizə aparmaq mümkün deyil. Buna görə də regionda və dünyada sabitliyin möhkəmləndirilməsinin qəti tərəfdarı olan ŞƏT ticarət, nəqliyyat, kənd təsərrüfatı, mədəni, humanitar və digər sahələrdə praktiki tədbirlərlə birlikdə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi