Şərqi Çin dənizində gəmilərin toqquşmasından sonra 17 nəfər itkin düşüb

Şərqi Çin dənizində gəmilərin toqquşmasından sonra 17 nəfər itkin düşüb Balıqçı gəmisi xarici yük gəmisi ilə toqquşaraq batıb
Digər ölkələr
7 May , 2016 11:24
Şərqi Çin dənizində gəmilərin toqquşmasından sonra 17 nəfər itkin düşüb

Bakı. 7 may. REPORT.AZ/ Şərqi Çin dənizində iki gəminin toqquşmasından sonra ən azı 17 nəfər itkin düşüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, insident bu gün səhər saatlarında baş verib.

"Reuters"in məlumatına görə, ilkin məlumatlarda balıqçı gəmisinin xarici yük gəmisi ilə toqquşaraq batdığı bildirilir.

Hadisə yerinə gələn xilasedicilər iki nəfəri xilas etməyi bacarıblar. İtkin düşənlər batan balıqçı gəmisində olanlardır.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Son xəbərlər

Orphus sistemi