Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, ATƏT çərçivəsində yaradılan hər şey tam deqradasiyaya uğrayıb.
“Report” xəbər verir ki, S. Lavrov bunu ATƏT Nazirlər Şurasının Skopyedə keçirilən iclası çərçivəsində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Qərb ATƏT-i məhv edir: “Qərb bu uğursuz siyasətindən heç vaxt dərs götürməyib. Onlar indi də təşkilatı məhv etməkdədirlər”.