Sebastyan Kurts Avstriyada parlament seçkilərində səs verib

Digər ölkələr
  • 29 sentyabr, 2019
  • 11:18
Sebastyan Kurts Avstriyada parlament seçkilərində səs verib

Avstriya Xalq Partiyasının lideri və respublikanın kansleri vəzifəsinə namizəd Sebastyan Kurts ölkədə vaxtından əvvəl keçirilən parlament seçkilərində səs verib.

Bu barədə "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir.

Kurts öz səsini keçmiş məktəbində yerləşən seçki məntəqəsində verib. O, bu dəfə səsverməyə rəsmi formada deyil, açıq cinsdə, ağ köynəkdə və boz pencəkdə gəlib.

Qeyd edilir ki, Avstriya Milli Şurasında yer qazanmaq iddiasında olan bütün digər partiyaların liderləri də ölkə prezidenti Aleksander Van der Bellen kimi seçkilərdə öz səsləri veriblər. 

44 filmi