Sağçı partiya: Almaniya Aİ və avro sistemindən çıxmalıdır

Sağçı partiya: Almaniya Aİ və avro sistemindən çıxmalıdır Sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası seçkiqabağı proqramın son layihəsində ölkənin Avropa İttifaqından (Aİ) çıxmasında israr edir.
Digər ölkələr
29 Noyabr , 2024 14:44
Sağçı partiya: Almaniya Aİ və avro sistemindən çıxmalıdır

"Almaniya üçün Alternativ" (AfD) sağçı partiyası seçkiqabağı proqramın son layihəsində ölkənin Avropa İttifaqından (Aİ) çıxmasında israr edir.

“Report” xəbər verir, bu barədə “Spiegel” nəşri sənədə istinadən məlumat yayıb.

Məlumata görə, seçkiqabağı proqram layihəsi yanvarda AfD-nin partiya qurultayında müzakirə olunacaq və qəbul ediləcək.

"Biz Almaniyanın Avropa İttifaqından çıxmasını və yeni Avropa birliyinin yaradılmasını zəruri hesab edirik", - sənəddə bildirilib.

AfD Aİ-ni maraqlar və iqtisadiyyat üzrə birliklə əvəz etmək istəyir. Bunun üçün ölkə konstitusiyasındakı Avropa maddələrinin dəyişdirilməsi üçün ümumxalq səsverməsi keçirilməlidir.

Bundan əlavə, AfD Almaniyanın avro sistemindən çıxmasını və lazım gələrsə, avronun paralel saxlanılması ilə sabit milli valyutanın tətbiq edilməsini dəstəkləyir.

Son xəbərlər

Orphus sistemi