Bakı. 10 oktyabr. REPORT.AZ/ Rusiyanın ABŞ-dakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları əllərində Suriya və ABŞ-ın bayraqlarını, ingilis və ərəb dillərində şüarlar yazılan plakatları tutublar.
Etirazçılar Rusiyanın Suriyadakı fəaliyyətinin əleyhinə olduqlarını deyiblər, "Suriyalılara uçuşa qadağan edilən zona lazımdır!", "Rusiya, Suriyadan təcili çıx!" şüarları səsləndiriblər.