Yuxarı
    Bağlamaq

    Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi faktı ilə bağlı 5 nəfər həbs edilib

    Onlardan 4-ü səfirin qatili Mövlud Mərt Altıntaşın iş yoldaşlarıdır

    Bakı. 7 yanvar. REPORT.AZ/ Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlova sui-qəsdin təhqiqatı çərçivəsində beş nəfər həbs edilib.

    "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

    Məlumata görə, onlardan 4-ü səfirin qatili Mövlud Mərt Altıntaşın Daxili İşlər Nazirliyi orqanlarındakı iş yoldaşlarıdır.

    İzmir Şəhər Respublika Prokurorluğunun məlumatına görə, həbs edilənlər terrorçu Fetullah Gülənin rəhbərlik etdiyi FETÖ-nün tərəfdarlarıdır.

    Qeyd edək ki, Andrey Karlov dekabrın 19-da Mövlud Mərt Altıntaş tərəfindən qətlə yetirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi