Rusiyanın Münhen konsulluğundakı əməkdaşı "arzuolunmaz şəxs" elan olunub

Rusiyanın Münhen konsulluğundakı əməkdaşı "arzuolunmaz şəxs" elan olunub Almaniya hökuməti Rusiyanın Münhendəki konsulluğunun əməkdaşını “arzuolunmaz şəxs” elan edib.
Digər ölkələr
28 Yanvar , 2022 17:04
Rusiyanın Münhen konsulluğundakı əməkdaşı arzuolunmaz şəxs elan olunub

Almaniya hökuməti Rusiyanın Münhendəki konsulluğunun əməkdaşını “arzuolunmaz şəxs” elan edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri yazıb.

O, casusluqda şübhəli bilinir.

Diplomatın Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) əməkdaşı olduğu bildirilir.

Qeyd olunur ki, o, Almaniya universitetlərindən birinin təbiətşünaslıq fakültəsində işləyən rusiyalı İlnur N.-yə qarşı açılmış cinayət işi çərçivəsində saxlanılıb. Almaniya Federal Prokurorluğu İlnur N.-yə qarşı Rusiyanın xeyrinə casusluq işi üzrə ittiham irəli sürüb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Avropa kosmos proqramı ilə bağlı məlumatların Moskvaya ötürülməsi ittihamı ilə Almaniyada insanların saxlanmasından xəbərsizdir.

Son xəbərlər

Orphus sistemi