Yuxarı

Rusiyanın daha bir təyyarəsi qəzaya uğrayıb - YENİLƏNİB

Şahidlər qəza yerində 40-dan çox cəsədin olduğunu bildirib

Bakı. 4 noyabr. REPORT.AZ/ "Report" "Ria Novosti"yə istinadən xəbər verir ki, şahidlər Cuba hava limanında "An-12" təyyarəsinin qəzaya uğradığı yerdə 40-dan çox cəsədin olduğunu bildirib.

Yerli KİV-in Cuba beynəlxalq hava limanının rəhbərliyinə istinadən verdiyi məlumata görə, qəzada 3 nəfər sağ qalıb.

*** 12:31

Bakı. 4 noyabr. REPORT.AZ/ Cənubi Sudandakı Cuba hava limanında təyyarə qəzası olub. "Report"un "Reuters" agentliyinə istinadən məlumatına görə, qəza təyyarə havaya qalxdıqdan sonra baş verib.

Təyyarə aeroportdan 800 metr aralıda yerə düşüb.

"RİA Novosti"nin xəbərinə görə, bu, yük təyyarəsi olub. Təyyarədə beşi rusiyalı ekipaj üzvü olmaqla 12 nəfər olub.

"South Sudan Tribune" nəşrinin yazdığına görə, qəza nəticəsində yalnız iki nəfər sağ qalıb. Nəşrin "twitter" hesabında yazılıb: "Cəmi 2 nəfər sağ qalıb, onlardan biri isə uşaqdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi