Bakı. 22 oktyabr. REPORT.AZ/ "Suriya probleminin həllində İran, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanın iştirakı vacibdir".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O, oktyabrın 23-də Vyanada müzakirə olunacaq Suriya məsələsinə Rusiyanın da hazır olduğunu deyib.
Məlumata görə, sabah Avstriyanın paytaxtında ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya və Rusiyanın xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Qətərin xarici işlər naziri Halid əl-Atiyyə Suriya böhranının həli ilə bağlı məsələyə münasibətində bunları deyib: "Danışıqlar çağırışına üstünlük veririk. Suriyanı bölünməkdən qorumaq üçün Səudiyyə Ərəbistanı və türk qardaşlarımızla əlimizdən gələni edəcəyik. Suriyalıları Bəşşar Əsəd rejimindən qorumaq üçün hərbi müdaxilə də etməyə hazırıq".