Düjarrik: Talibanın BMT-dəki statusu dəyişməz olaraq qalır

Düjarrik: Talibanın BMT-dəki statusu dəyişməz olaraq qalır Talibanın BMT-dəki statusu üzv dövlətlər tərəfindən müəyyən olunur və dəyişməz olaraq qalır.
Digər ölkələr
17 aprel 2025 20:53
Düjarrik: Talibanın BMT-dəki statusu dəyişməz olaraq qalır
Stefan Dujarrik

Talibanın BMT-dəki statusu üzv dövlətlər tərəfindən müəyyən olunur və dəyişməz olaraq qalır.

“Report”un ABŞ bürosu xəbər verir ki, bu fikri BMT-nin sözçüsü Stefan Dujarrik Rusiya Ali Məhkəməsinin Talibanın “terrorçu təşkilat” kimi tanınması qərarını ləğv etməsinə münasibət bildirərkən səsləndirib.

Sözçü əlavə edib ki, bu, Rusiya Federasiyasının suveren qərarıdır.

Qeyd edək ki, Rusiya Ali Məhkəməsi Talibanın “terrorçu təşkilat” kimi tanınması ilə bağlı əvvəlki qərarını ləğv edib. Bu addım Əfqanıstanın de-fakto hakimiyyəti ilə münasibətlərin normallaşdırılması istiqamətində atılmış simvolik jest kimi qiymətləndirilir.

Taliban hərəkatı 2021-ci ilin avqustunda, ABŞ qüvvələrinin beynəlxalq səviyyədə tanınan Əfqanıstan hökumətini dəstəklədiyi ölkədən çıxmasından sonra hakimiyyəti ələ keçirmişdi. Moskva həmin çıxışı uğursuzluq kimi dəyərləndirərək Taliban rəhbərliyi ilə əlaqələri bərpa etmək üçün addımlar atmağa başladı. Rusiya hazırda Talibanı potensial iqtisadi tərəfdaş və terrorizmə qarşı mübarizədə mümkün müttəfiq kimi görür.

Son xəbərlər

Orphus sistemi