Rusiya səfiri Fransa XİN-ə çağırılıb

Rusiya səfiri Fransa XİN-ə çağırılıb Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov XİN-ə çağırılıb
Digər ölkələr
7 Aprel , 2022 12:22
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
Aleksey Meşkov

Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov XİN-ə çağırılıb.

“Report” xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian tviterdə yazıb.

XİN başçısı bildirib ki, səfirin idarəyə çağırılmasına səbəb diplomatik nümayəndəliyin Buça məsələsi ilə bağlı təxribat xarakterli çıxışları olub.

Qeyd edək ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib.

Son xəbərlər

Orphus sistemi