Polşa hakimiyyəti Rusiya Federasiyasının üç diplomatını "persona non-qrata" elan edib.
“Report” xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi bildirib.
"Səfirə (Rusiyanın Polşadakı səfirinə-red) Rusiyanın Varşavadakı səfirliyinin üç əməkdaşının “persona non-qrata” elan olunması barədə diplomatik nota verildi", xəbərdə deyilir.
Polşa Xarici İşlər Nazirliyinin iddiasına görə, belə qərarın qəbul olunmasına səbəb diplomatik statusun həmin şəxslər tərəfindən pozulması olub.
Rusiyanın Polşadakı səfiri Sergey Andreyev həmin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
“Report” xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi nümayəndəsi Vladimir Aleksandrov “RİA Novosti” agentliyinə bildirib.
"Səfir bu gün həqiqətən Xarici İşlər Nazirliyinə çağırıldı", - Aleksandrov deyib.
O, çağırışın səbəbini dəqiqləşdirməyib. Eyni zamanda RAR agentliyi diplomatik mənbələrə istinadən bildirib ki, problem ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi ilə əlaqəlidir.
"Daha bir səbəb Ukraynanın şərq sərhədindəki cari vəziyyətdir", - xəbərdə deyilir.