Rusiya Putinlə Baydenin danışıqlarına hazırlıq görür

Rusiya Putinlə Baydenin danışıqlarına hazırlıq görür Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi ölkə prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Cozef Baydenin danışıqlarına hazırlıq görməyə başlayıb
Digər ölkələr
18 Mart , 2021 21:21
Rusiya Putinlə Baydenin danışıqlarına hazırlıq görür
Сozef Bayden və Vladimir Putin
0 : 00
0 : 00

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi ölkə prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Cozef Baydenin danışıqlarına hazırlıq görməyə başlayıb.

“Report”un TASS-a istinadən məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Artıq (hazırlığa-red) başlanılıb", - deyə nazirlikdən agentliyə bildirilib.
Qeyd edək ki, artıq bir neçə gündür, ABŞ-Rusiya münasibətlərində gərginlik daha da artıb. Birləşmiş Ştatların prezidenti Rusiyanı ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilədə, habelə digər məsələlərdə ittiham edib. Bununla yanaşı, Ağ Evin mətbuat katibi bu gün Rusiyaya qarşı mıəhdudlaşdırıcı tədbirlərin görüləcəyi anonsunu verib. Rusiya isə ABŞ-dakı səfirini məsləhətləşmək üçün Moksvaya çağırıb.

Daha əvvəl Putin Baydenlə birbaşa danışıqlara hazır olduğunu bildirib. "Mən prezident Baydenə müzakirələrimizi davam etdirməyi təklif etmək istəyirəm, amma bir şərtlə ki, bunu faktiki olaraq birbaşa yayımda edəcəyik, necə deyərlər onlayn formada. Amma heç bir yubanma olmadan və açıq, birbaşa müzakirədə", - "Rusiya-24" telekanalının efirində Putin deyib.

Son xəbərlər

Orphus sistemi