Rusiya ilə Ukrayna arasında imzalanan qaz müqaviləsinin detalları açıqlanıb

Digər ölkələr
  • 20 dekabr, 2019
  • 21:26
Rusiya ilə Ukrayna arasında imzalanan qaz müqaviləsinin detalları açıqlanıb

Rəsmi Moskva və Kiyev Rusiya qazının Ukrayna ərazisi vasitəsilə tədarükü üçün beş illik müqavilə barədə razılığa gəliblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Dmitri Kozak qaz razılaşmasının detallarını açıqlayarkən deyib.

“Bu yeni bir müqavilə olacaq, onun yaxın beş il üçün əsas şərtləri razılaşdırılıb. Yeni il öncəsi bu müqaviləni imzalayacağıq", - D.Kozak bildirib.

Eyni zamanda o, Avropa istehlakçılarının ehtiyaclarının təmin ediləcəyini qeyd edərək tranzitin dəqiq həcmlərini açıqlamayıb.

D.Kozak Rusiya ilə Ukrayna arasında qarşılıqlı məhkəmə çəkişmələrinin nizamlandığını da vurğulayıb: “Məsələ həll olunub. Artıq məhkəmə çəkişmələri və qarşılıqlı iddialar olmayacaq”.