Rusiya "Boeing 737 Max" üçün hava məkanını bağlayıb

Rusiya "Boeing 737 Max" üçün hava məkanını bağlayıb Rusiyanın hava məkanında Boeing 737 MAX təyyarələrinin uçuşları xüsusi göstərişə qədər qadağan edilib.
Digər ölkələr
14 Mart , 2019 15:38
Rusiya Boeing 737 Max üçün hava məkanını bağlayıb

Rusiyanın hava məkanında "Boeing 737 MAX" təyyarələrinin uçuşları xüsusi göstərişə qədər qadağan edilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Rosaviasiya"nın rəhbəri Aleksandr Neradko bildirib.

Xatırladaq ki, martın 10-da göyərtəsində 149 sərnişin və 8 ekipaj üzvü olan "Ethiopian Airlines" aviaşirkətinin "Boeing 737 MAX" təyyarəsi qəzaya uğrayıb.

Qeyd edək ki, Avropa İttifaqı ölkələri də daxil olmaqla bir sıra ölkələr "Boeing 737 MAX 8" və "Boeing 737-9 MAX" təyyarələrinin Aİ hava məkanında uçuşlarını qadağan ediblər.

Son xəbərlər

Orphus sistemi