Rusiya 31 illik aradan sonra Burkina-Fasodakı səfirliyinin fəaliyyətini bərpa edib

Digər ölkələr
  • 28 dekabr, 2023
  • 20:02
Rusiya 31 illik aradan sonra Burkina-Fasodakı səfirliyinin fəaliyyətini bərpa edib

Rusiya səfirliyi 31 illik fasilədən sonra Burkina-Fasonun paytaxtı Uaqaduquda fəaliyyətini bərpa edib.

“Report” TASS-a istinadən xəbər verir ki, açılış mərasimində Burkina-Faso adından xarici işlər naziri Karamoko Jan-Mari Traore çıxış edib.

Rusiya tərəfdən isə Rusiyanın Kot-d'İvuardakı və Burkina Fasodakı yarımştat səfiri Aleksey Saltıkov çıxış edib.

Bildirilib ki, mərasimdə həmçinin Afrika ölkəsinin Baş naziri, müdafiə, energetika, idman, təhsil nazirləri iştirak ediblər.

44 filmi