Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub

Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub.
Digər ölkələr
12 Dekabr , 2024 13:55
Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub

Rumıniya və Bolqarıstan Şengen zonasının tamhüquqlu üzvü olub.

“Report” xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının "X" sosial şəbəkəsində paylaşım edilib.

"Biz Rumıniya və Bolqarıstanın Şengen ailəsinə tam qoşulmasına yaşıl işıq yandıran Avropa Şurasının qərarını alqışlayırıq", - paylaşımda qeyd olunub.

Bununla da Avropa Şurası 2025-ci il yanvarın 1-dən Rumıniya və Bolqarıstanın quru sərhədlərində nəzarətin ləğv edilməsini təsdiqləyib.

"İnsanların və malların maneəsiz hərəkəti sayəsində Bolqarıstan və Rumıniyanın Aİ-yə üzvlüyündən daha çox faydalanırıq", - paylaşımda qeyd olunub.

Bu ölkələr 13 illik gözləmədən sonra bu il martın 31-də Şengen zonasına qismən qoşulmaqla vətəndaşlarının sərhəd yoxlamalarından keçmədən hava və dəniz yolu ilə səyahət etmək imkanını təmin edib.

Son xəbərlər

Orphus sistemi