Rumıniya Prezidenti ölkəsində ABŞ və NATO-nun hərbi mövcudluğunu artırmağa çağırıb

Digər ölkələr
  • 11 mart, 2022
  • 16:59
Rumıniya Prezidenti ölkəsində ABŞ və NATO-nun hərbi mövcudluğunu artırmağa çağırıb

Rumıniya Prezidenti Klaus Yohannis ölkəsində ABŞ və NATO-nun hərbi mövcudluğunu artırmağa çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris ilə birgə mətbuat konfransında deyib.

Rumıniya Prezidenti qeyd edib ki, bu, uzunmüddətli perspektivdə Rumıniyanın və bütün regionun təhlükəsizliyini təmin etmək üçün lazımdır.