Romada partlayış olub

Romada partlayış olub Xəsarət alanlar və hadisə qurbanları barədə məlumat yayılmayıb
Digər ölkələr
12 May , 2017 12:29
Romada partlayış olub
express.co.uk

Bakı. 12 may. REPORT.AZ/ İtaliyanın paytaxtı Romanın mərkəzində, BMT-nin binasının və poçt şöbəsinin yaxınlığında partlayış olub.

“Report” “RaiNews24” televiziyasına istinadən xəbər verir ki, partlayış nəticəsində bir avtomobilə ziyan dəyib.

Xəsarət alanlar və hadisə qurbanları barədə məlumat yayılmayıb.

Hadisə yerinə polis qüvvələri və yanğınsöndürənlər cəlb edilib. 

Məlumata görə, partlayışın səbəbi araşdırılır. Heç bir versiya, o cümlədən əldə qayırma qurğunun partladılması istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi