Riqada etirazçılar hökumətin dəyişməsini tələb ediblər

Riqada etirazçılar hökumətin dəyişməsini tələb ediblər Riqanın mərkəzində koronavirus pandemiyası ilə bağlı karantin məhdudiyyətlərinə və məcburi peyvəndləməyə qarşı etiraz aksiyası keçirilib.
Digər ölkələr
18 Avqust , 2021 22:06
Riqada etirazçılar hökumətin dəyişməsini tələb ediblər

Riqanın mərkəzində koronavirus pandemiyası ilə bağlı karantin məhdudiyyətlərinə və məcburi peyvəndləməyə qarşı etiraz aksiyası keçirilib.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Etiraz aksiyasında bir neçə min insan iştirak edib.

Aksiya Köhnə Riqadan keçən yürüşlə başlayıb, iştirakçılar Azadlıq abidəsi önünə gül dəstələri qoyublar.

Aksiyanın önündə gedən Latviyanın keçmiş iqtisadiyyat naziri və keçmiş nəqliyyat naziri Ainars Slesers aksiyanın məqsədinin dinc yolla hakimiyyət dəyişikliyi olduğunu deyib.

"Hökumətdə olan insanlar keçmişdə qalmalıdır, bu, bizim əsas məqsədimizdir", - A.Slesers deyib.

Son xəbərlər

Orphus sistemi