RF XİN: Moskva Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edir

RF XİN: Moskva Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edir Rusiya Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində tərəfdaşlığın tam bərpa olunacağına ümid edir.
Digər ölkələr
27 Noyabr , 2024 18:35
RF XİN: Moskva Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edir

Rusiya Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində tərəfdaşlığın tam bərpa olunacağına ümid edir.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə “NEWS.ru”nun sualını cavablandırarkən bildirib.

"Ermənistan Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinin alternativsiz mexanizmi olan KTMT-nin de-yure tamhüquqlu üzvüdür. Ermənistan bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Ümid edirik ki, bizə dost olan ölkənin və bütövlükdə regionun gələcək təhlükəsizliyi naminə KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığımız tam bərpa olunacaq", - o qeyd edib.

M.Zaxarovanın sözlərinə görə, Rusiya hazırkı mərhələdə Ermənistanın KTMT ilə tammiqyaslı əməkdaşlığa qayıtması üçün qapıların açıq olduğunu təsdiqləyir. "Ümid edirik ki, erməni tərəfdaşlarımız şübhələri dəf edərək birgə işi bərpa edəcəklər", - o əlavə edib.

Yunanıstanın Rusiyanın “S-300” zenit-raket komplekslərini Ermənistana vermək planları ilə bağlı KİV-də yayılan xəbərləri şərh edən Zaxarova Afinaya Moskvanın razılığı olmadan idxal etdiyi hərbi texnikanın təkrar ixracını qadağan edən 30 oktyabr 1995-ci il və 3 dekabr 2013-cü il tarixli müqavilələrin olduğunu xatırladıb.

“Onlar (müqavilələr - red.) birmənalı şəkildə Yunanıstana Rusiyanın razılığı olmadan bizim tərəfimizdən təchiz edilən hərbi texnikanın təkrar ixracını qadağan edir. Lakin hazırda Yunanıstan tərəfdən heç bir sorğu almamışıq”, - Rusiya XİN nümayəndəsi söyləyib.

Son xəbərlər

Orphus sistemi