Bakı. 18 iyul. REPORT.AZ/ Müqəddəs Ramazan ayı ərzində Suriyada gedən döyüşlərdə 5 mindən artıq insan həlak olub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Şurasının (SİHMŞ) məlumatında bildirilib.
Məlumata əsasən, ölənlərin ən azı 1220 nəfəri dinc əhali olub. İyunun 18-dən iyulun 16-dək ölkədə həlak olanların ümumi sayı 5,026 nəfər təşkil edir.
Suriya 2011-ci ilin martından bu günə kimi vətəndaş müharibəsi alovundadır. Dəməşq "İŞID" qruplaşması da daxil olmaqla, müxtəlif istiqamətlərdə hökumətə qarşı müharibə aparan qüvvələrə qarşı vuruşur.