Qırğızıstanın sabiq baş naziri barədə həbs qərarı çıxarılıb

Qırğızıstanın sabiq baş naziri barədə həbs qərarı çıxarılıb Qırğızıstanın sabiq baş naziri Omurbek Babanov korrupsiyada şübhəli bilinərək 2 aylıq həbs olunub.
Digər ölkələr
2 İyun , 2021 16:36
Qırğızıstanın sabiq baş naziri barədə həbs qərarı çıxarılıb
Omurbek Babanov

Qırğızıstanın sabiq baş naziri Omurbek Babanov korrupsiyada şübhəli bilinərək 2 aylıq həbs olunub.

Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Bişkekin 1 May rayonu məhkəməsindən bildiriblər.

“Məhkəmə Babanov barəsində 2 aylıq həbs qəti imkan tədbirinin seçilməsi haqqında qərar qəbul edib”, - deyə məhkəmədən bildiriblər.

Daha əvvəl respublikanın Milli Təhlükəsizlik Dövlət Komitəsi Nazirlər Kabinetinin keçmiş rəhbərinin “Kumtor” qızıl filizi yatağının işlənməsi ilə bağlı layihənin həyata keçirilməsi zamanı rüşvət almaqda şübhəli bilindiyi barədə məlumat verilib. O, mayın 31-də xüsusi xidmət orqanları tərəfindən saxlanıb.

Xatırladaq ki, sabiq prezident Almazbek Atambayevin dövründə baş nazir vəzifəsini tutmuş Babanov 2017-ci il noyabrın 15-də keçirilmiş seçkilərdə keçmiş prezident Sooronbay Jeenbekovun əsas rəqibi olub.

Son xəbərlər

Orphus sistemi