Yuxarı
    Bağlamaq

    Qətər səfiri ölkəni boykot edən ərəb dövlətləri ilə müharibəni istisna etməyib

    Rusiyadakı diplomat: Vəziyyətə beynəlxalq dövlətlər və sülh təminatçıları müdaxilə etməlidir

    Bakı. 26 iyul. REPORT.AZ/ Qətəri boykot edən ərəb ölkələri ilə müharibə mümkündür.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Qətərin Rusiyadakı səfiri Fahad Məhəmməd əl-Attıyə bildirib.

    Lakin səfirin sözlərinə görə, belə bir variant az ehtimal olunandır, amma heç nəyi istisna etmək olmaz, çünki sözügedən ölkələr Qətərə qarşı ağılasığmaz və əsassız addımlar atıblar ki, bu da bütünlükdə regionda sülh üçün təhlükədir.

    Qətər səfiri güman edir ki, vəziyyətə beynəlxalq dövlətlər və sülh təminatçıları müdaxilə etməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi