Qazaxıstanda yaşı 25-dən aşağı olanlar üçün qumar oyunları qadağan oluna bilər

Qazaxıstanda yaşı 25-dən aşağı olanlar üçün qumar oyunları qadağan oluna bilər Qazaxıstanda yaşı 25-dən aşağı olan şəxslər üçün qumar oyunlarını qadağan edilməsi planlaşdırılır.
Digər ölkələr
9 noyabr 2023 13:38
Qazaxıstanda yaşı 25-dən aşağı olanlar üçün qumar oyunları qadağan oluna bilər

Qazaxıstanda yaşı 25-dən aşağı olan şəxslər üçün qumar oyunlarının qadağan edilməsi planlaşdırılır.

“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Qazaxıstan Məclisində (parlament) müzakirələr zamanı deputat Elnur Beysenbayev qeyd edib ki, qumar biznesinin tənzimlənməsi ilə bağlı 2 məcəlləyə və 7 qanuna 50 dəyişiklik edilməsi planlaşdırılır.

O cümlədən, qumar oyunlarında iştirak üçün yaş həddinin 25 yaşa qədər artırılması təklif edilir.

Bundan əlavə, aliment, vergi və kredit borcları üzrə borcluların reyestrində olan şəxslərin qumarda iştirakının qadağan edilməsi məsələsinə baxılır.

Həmçinin, yaşayış binalarında, mağazalarda, tibb və təhsil müəssisələrində loto aparatlarının quraşdırılmasının qadağan edilməsi təklif olunur.

Son xəbərlər

Orphus sistemi