Qazaxıstanın cənub-qərbindəki Manqistau vilayətinin Beşşoki kəndində qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayı 300-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "lada.kz" regional portalı məlumat yayıb.
Bildirilib ki, hazırda 222 uşaq evdə, 67 uşaq xəstəxanada, 2-si reanimasiyada müalicə alır.
Qazaxıstanın Manqistau vilayətində kütləvi qida zəhərlənməsi nəticəsində 141 nəfər zərər çəkib.
"Report"un məlumatına görə, bu barədə yerli KİV Regional Səhiyyə İdarəsinə istinadən xəbər yayıb.
Qeyd olunur ki, sentyabrın 6-da axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri qarın ağrısı və bədən istiliyinin yüksəlməsindən şikayət etməyə başlayıblar.
“Hazırda regionda xüsusi qərargah yaradılıb, 82 nəfər ev nəzarətindədir, 16 uşaq isə xəstəxanadadır İstintaq başlayıb”, - məlumatda deyilir.
Zəhərlənmənin səbəbləri aydınlaşdırılır.