​Qazaxıstan prezidenti amerikalı həmkarını Ukraynadakı vəziyyətin həllində daha fəal olmağa çağırıb

​Qazaxıstan prezidenti amerikalı həmkarını Ukraynadakı vəziyyətin həllində daha fəal olmağa çağırıb Bu barədə söhbət telefon danışığı zamanı gedib
Digər ölkələr
21 Yanvar , 2015 23:08
​Qazaxıstan prezidenti amerikalı həmkarını Ukraynadakı vəziyyətin həllində daha fəal olmağa çağırıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev amerikalı həmkarı Barak Obamanı Ukraynanın şərqindəki münaqişənin həllində daha fəal iştirak etməyə çağırıb.

"Report" xəbər verir ki, Qazaxıstan prezidentinin mətbuat xidməti bu barədə söhbətin telefon danışığı zamanı getdiyi barədə məlumat yayıb.

"Qazaxıstan prezidenti Ukrayna məsələsi üzrə kompromis yolların axtarışına daha fəal qoşulması barədə xahişini amerikalı həmkarının diqqətinə çatdırıb", - deyə məlumatda bildirilib.

Nazarbayev Obamanı Ukrayna, Rusiya, Almaniya və Fransanın dövlət başçıları səviyyəsində danışıqlar yolu ilə həll oluna biləcək bu məsələ ilə şəxsən məşğul olduğu barədə də məlumatlandırıb.

Eyni zamanda, Qazaxıstan prezidenti qeyd edib ki, Rusiyaya qarşı tətbiq olunan iqtisadi qadağalar Mərkəzi Asiya regionuna da təsir göstərir.

Barak Obama öz növbəsində Nazarbayevi əmin edib ki, Ukraynadakı vəziyyətin diplomatik yolla həllinə sadiqdir. O qeyd edib ki, bunun üçün ilk növbədə Minsk razılaşmasını yerinə yetirmək lazımdır.

Son xəbərlər

Orphus sistemi