Aktyor Morqan Frimanın nəvəsinin qatili azadlıqdan 20 il məhrum edilib - FOTO

Aktyor Morqan Frimanın nəvəsinin qatili azadlıqdan 20 il məhrum edilib - FOTO Bakı. 18 yanvar. REPORT.AZ/ Hollivud aktyoru Morqan Frimanın nəvəsi, aktrisa İ Dina Haynsı qətlə yetirmiş Lamar Davenport azadlıqdan 20 il müddətinə məhrum edilib.
Digər ölkələr
18 Yanvar , 2019 04:28
Aktyor Morqan Frimanın nəvəsinin qatili azadlıqdan 20 il məhrum edilib - FOTO

Bakı. 18 yanvar. REPORT.AZ/ Hollivud aktyoru Morqan Frimanın nəvəsi, aktrisa İ Dina Haynsı qətlə yetirmiş Lamar Davenport azadlıqdan 20 il müddətinə məhrum edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Manhetten dairəsinin prokuroru Sayrus Vens məlumat yayıb.

Bildirilir ki, 33 yaşlı qatil alkoqollu içkinin və narkotik maddənin təsiri altında 33 yaşlı dostu İ Dina Haynsı Vaşinqton-Haytsda qətlə yetirib. Nyu-York ştatının Ali Məhkəməsi 2018-ci ilin 7 mayında Davenportu qətldə təqsirkar bilib.

İş üzrə ifadə verən şahidlər bildiriblər ki, Davenport İ Dina Haynsa hücum edib və ona çoxsaylı bıçaq xəsarətləri yetirib. 

Daha əvvəl Hollivud aktyoru Morqan Friman ABŞ-dakı “Türk Hava Yolları”nın yeni siması olub.

Son xəbərlər

Orphus sistemi