Yuxarı
    Bağlamaq

    Məşhur Hollivud aktyoru ABŞ-dakı "Türk Hava Yolları"nın yeni siması olacaq

    Söhbət 79 yaşlı Morqan Frimandan gedir

    Bakı. 21 yanvar. REPORT.AZ/ Hollivud aktyoru Morqan Friman ABŞ-dakı “Türk Hava Yolları”nın yeni siması olub.

    “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda 79 yaşlı M. Friman şirkətin reklam çarxına çəkilir.

    Çarxın nümayişi “Superboul” kimi tanınan ABŞ-ın milli futbol liqası çempionatının final oyunu zamanı baş tutacaq. “Superboul” fevralın 5-də keçiriləcək.

    Qeyd edək ki, “Türk Hava Yolları” Türkiyənin milli aviadaşıyıcısı olmaqla yanaşı, Avropanın ən böyük aviaşirkətlərindən biri sayılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi